AZ

Hotelə hücum: Ölənlər var

Somalidə “Əl-Şabab” terrorçu qruplaşmasından olan silahlıların Beledueyn şəhərində yerləşən “Qahirə” hotelinə basqını nəticəsində 7 nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda “Garowe Online” nəşri yazır.

Beledueyn şəhər bələdiyyəsinin sədri Ömər Alasov mətbuat konfransında bildirib ki, “Əl-Şabab” terrorçu qruplaşması arasında hoteldə baş verən silahlı qarşıdurma 24 saatdan çox davam edib.

Eyni zamanda, Alasov təhlükəsizlik qüvvələrinin hotelə qarşı keçirdiyi əməliyyatın uğurla başa çatdığını açıqlayıb:

“Hotelinə basqın edən “Əl-Şabab” terrorçu qruplaşmasının 6 üzvündən dördü özünü partladıb, ikisi isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda hotel təhlükəsizlik qüvvələrinin nəzarət altındadır”.

Seçilən
24
cebheinfo.az

1Mənbələr