AZ

“Atletiko”nun futbolçusunun cəzası məlum oldu

“Atletiko”nun futbolçusu Anxel Korreanın cəzası məlum olub.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu La Liqada “Xetafe” ilə oyunda baş hakimi təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya edilib. Bu barədə COPE radiosu məlumat yayıb.

Korrea bu mövsüm 38 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Seçilən
26
futbolpress.az

1Mənbələr