AZ

13 şahmatçımız Avropa çempionatına qatılacaq

Martın 15-də Rumıniyanın Eferi-Nord şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan qitə çempionatında 13 şahmatçıyla təmsil olunacaq.

Rumıniyada ölkəmizin adından – Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov çıxış edəcək.

Qeyd edək ki, 40 ölkədən 385 şahmatçının mübarizə aparacağı çempionatda yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcək. Yarışın ümumi mükafat fondu 100 min avro təşkil edir. 11 turdan ibarət çempionat martın 26-da yekunlaşacaq.

İdman.biz

Seçilən
13
3
idman.biz

9Mənbələr