"Kızılcık Şerbeti" serialındakı Nilay obrazı ilə tanınan aktrisa Feyza Civelek əməliyyat olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb aktrisanın keçən ay ev qəzası nəticəsində qolunu sındırması olub.
Bir ay keçsə də, onun qol sümüyünün sınığı sağalmayıb. Bu səbəbdən aktrisa əməliyyata alınıb. O, sosial media hesabında "Dualarınızı əskik etməyin", - deyə paylaşım edib.