"Ehtiyatda qalanda heç vaxt üzülməmişəm. İnsanlar çox şey uydurur, amma bunlara inanmaq lazım deyil".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Barselona"nın yarımmüdafiəçisi Qavi səsləndirib.
20 yaşlı yarımmüdafiəçi Kataloniya klubunda xoşbəxt olduğunu bildirib: “Barselona" ilə 5 illik müqavilə imzaladım. Bu anlaşmaya sadiq qalacağam, çünki "Barselona" mənim həyatımın klubudur. Mən sakitəm, baş məşqçimiz mənə güvənir”.
Qeyd edək ki, Qavi katalonların son 5 oyununda start heyətində yer almayıb.