Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı Tələbə evinin akt zalında vətəndaşlarla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə sakinlər onları narahat edən iblər. Səsləndirilən müraciətlərdə işlə təminat, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.





