AZ

Birinci Liqa: “İmişli”dən “Baku Sportinq”lə heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Baku Sportinq” və “İmişli” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

18-ci turun qalan görüşləri martın 13-də və 14-də baş tutacaq.

Birinci Liqa
18-ci tur
12 mart

“Baku Sportinq” – “İmişli” 2:2
Qollar: Elmin Əskərli, 16. Luka Stevanoviç, 90+5 – Seyxan Fərəcov, 13-pen; 83-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Aydın Bəxşiyev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

13 mart

“Cəbrayıl” – “Difai”
Hakimlər: Alik Yunusov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Rasim Musayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 13:00.

“Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Zaqatala” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Rasim Axundov, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

14 mart

“Mingəçevir” – MOİK
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sənan Atayev, Nəriman Ağayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

Seçilən
11
2
arena.az

3Mənbələr