Bakı, 12 mart, AZƏRTAC
Özbəkistan Respublikasında əhalinin 2025-ci il yanvarın 1-nə qeydə alınmış sayı 37.5 milyon nəfər təşkil edib.
AZƏRTAC “UzDaily.uz” saytına istinadla xəbər verir ki, Milli Statistika Komitəsinin məlumatına görə, son beş ildə ölkə əhalisinin sayı 3.6 milyon nəfər artıb. 2020-ci ildə bu göstərici 33.9 milyon nəfər olub.
Tarixi məlumatlar Özbəkistan əhalisinin sayının artım tempinin son 100 ildə sabit şəkildə davam etdiyini sübut edir.