Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın başverməsi barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhalFHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhərYanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlbolunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MERCEDES"markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğındigər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrikavadanlıqları yanıb.
Avtomobil yanğından mühafizə olunub.