AZ

“Porsche”nin mənfəəti 30% azaldı


Alman lüks idman avtomobilləri istehsalçısı “Porsche”nin mənfəəti 2024-cü ildə 30,3% azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilib.
Hesabata görə, 2024-cü ilin sonunda “Porsche”nin mənfəəti təxminən 3,6 milyard avro olub. 2023-cü ildə isə bu rəqəm 5,2 milyard avro təşkil edib.
2024-cü ildə “Porsche” tədarükləri təxminən 3%, Çində isə təxminən 28% azalıb.
Avtomobil istehsalçısı böyük itkiləri Çində satışın kəskin azalması ilə izah edib.
Hesabata görə, bu itkilərdə model diapazonunun yenilənməsinin yüksək xərcləri də az rol oynamayıb.
Buna baxmayaraq, “Porsche” yeni modellərin inkişaf etdirilməsi və xərclərin azaldılması proqramları ilə biznesini dəyişmək üçün bu il təxminən 800 milyon avro investisiya qoymağı planlaşdırır.
Proqnozlara görə, satışların 39 milyard avro ilə 40 milyard avro arasında olacağı gözlənilir.
Seçilən
8
yeniavaz.com

1Mənbələr