AZ

Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya RespublikasınınPrezidenti Qordana Silyanovska-Davkova martın 12-də AzərbaycanMilli Xalça Muzeyi ilə tanış olub.

Trend xəbərverir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızınqədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumatverib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədiiistiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunanmaterialların, toxuma texnikalarının, xalçalara məxsus zərif vədərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nuAzərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax,Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir.Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənətnümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətiniəks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olansənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər ƏliyevFondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsindəmilli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nunQeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib vəxalçatoxuma təcrübəsində iştirak edib.

Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayısənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkovakəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışlarındaşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabınaürək sözlərini yazıb.

Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinəhəsr olunmuş kitab hədiyyə edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinalgörünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu ŞimaliMakedoniya Prezidentində xoş təəssürat yaradıb.

Seçilən
45
13
az.trend.az

10Mənbələr