AZ

Karlo Ançelotti: “Real” “Atletiko” ilə oyuna hazır və şövqlüdür”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalının “Atletiko” ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz oyuna, bu yarışda iştirakımızda həmişə olduğu kimi, hazırlıqlı və şövqlə yaxınlaşırıq. Qarşılaşacağımız çətinlikləri hesaba alırıq. Biz əminik ki, bizim üçün xüsusi olan bu yarışda iştirakımıza davam edəcəyik”, deyə Karlo Ançelotti ümumən bildirib.

“Atletiko” – “Real” oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (13 mart) başladacaq.

Xatırladaq ki, “Santyaqo Bernabeu”da keçirilmiş ilk oyunda “Real” “döşəkçilər”i 2:1 hesabı ilə məğlub edib.

Seçilən
11
arena.az

1Mənbələr