İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi “Atletiko”nun hücumçusu Anxel Korreanı 5 oyunluq cəzalandırıb.
Publika.az xəbər verir ki, o, hakimi təhqir etdiyinə görə dörd, meydandan qovilduğu üçün daha bir matç cəza alıb. Sanksiya La Liqa ilə yanaşı Kral Kubokuna da şamil ediləcək. Argentinalı forvard bu səbəbdən “Barselona” ilə hər iki oyunu buraxacaq.
Qeyd edək ki, La Liqanın 27-ci turunun “Xetafe” ilə oyununda (1:2) argentinalı 88-ci dəqiqədə kobud oyuna görə qırmızı vərəqə alıb. Korrea meydandan qovulduqdan sonra hakim Kuadra Fernandesin anasını təhqir edib.
Bu mövsüm 30 yaşlı futbolçu 38 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.