
Ağ Ev-in rəsmi nümayəndəsi Karolin Levitt, Associated Press agentliyinin jurnalistini iqtisadiyyat haqda verdiyi bəyanata görə tənqid edib. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist, tariflərin artırılmasının vergilərin artmasına səbəb olacağını iddia etmişdi. Levitt, bu yanaşmanı səhv olaraq qiymətləndirərək, belə bir suala cavab verdiyi üçün peşman olduğunu bildirib.O, həmçinin vurğulayıb ki, Prezident Donald Tramp öz verdiyi vədləri yerinə yetirəcək və vergilər nə olursa olsun azalacaq. Levitt, tariflərin ABŞ-a "zərər verən" ölkələrə tətbiq edildiyini qeyd edib. Bu hadisə, Tramp administrasiyasının Associated Press agentliyi ilə olan gərgin münasibətlərini daha da nəzərə çarpdırır.
Diqqət Çəkənlər
Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı
Zelenski atəşkəs təklifinin təfərrüatlarını açıqladı
Mixail Saakaşvilinin cəzası bəlli oldu