AZ

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib

Bakı, 12 mart, AZƏRTAC

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, B Liqasının 2-ci qrupunda yer alan komanda Lüksemburq yığması ilə üz-üzə gəlib. “ASCO Arena”da təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Bolqarıstan seçməsi Malta üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.

Seçilən
33
1
azertag.az

2Mənbələr