Bakı. Trend:
Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaztəchizatı dayandırılacaq.
Trend xəbərverir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədənküçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik SüdçülükSovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsizəraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsiünvanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradanqaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaztəchizatı dayandırılacaq.
Qeyd edlib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədirayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1,C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev,S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isəBuzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqətifasilə yaranacaq.