AZ

Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıq məhsul istehsal edilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

Agentliyin yaydığı məlumatda bildirilir ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,1 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsi Dövlət başçısının 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılıb. Məhəllə 10 hektar ərazini əhatə edir.

Seçilən
5
4
marja.az

6Mənbələr