Almaniyada silahlı şəxsin yaratdığı təhlükə səbəbindən qatar sərnişinləri təxliyə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Silahlı şəxsin Əfqanıstan vətəndaşı olduğu bildirilib.
Təhlükə səbəbindən qatarın 300-dən çox sərnişini təxliyə edilib.
Bundan əvvəl Hannoverdə o, başqa bir qatarın heyətini hədələyib. Çünki ona velosipedi özü ilə götürməyə icazə verilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az