Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Qusar” – “Kür-Araz” matçında qalib müəyyənləşməyib. “Ağdaş” “Şəmkir”lə, “Göygöl” də “Lerik”lə ev oyunundan məğlubiyyətlə ayrılıb. Üç qolun qeydə alındığı “Hypers Quba” – “Şəki Siti” matçında isə meydan sahibləri qələbə qazanıblar.
İkinci Liqa
16-cı tur
11 mart
“Dinamo” – “Füzuli” 5:2
Qollar: Şahin Əliyev, 14-pen; 25; 35; 70-pen. Əlibala Ağayev, 90+3 – Elgün Abbaslı, 40-pen. Əl-Musənnə Omran, 43.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Şəfa” – “Şimal” 3:0
Qollar: Ruslan Hacıyev, 21. Emin Zamanov, 69. Elvin Nəsibov, 83.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Rasim Axundov, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 15:00.
“Şahdağ Qusar” – “Araz Saatlı” 1:0
Qol: Emin Quliyev, 79.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
12 mart
“Qusar” – “Kür-Araz” 3:3
Qollar: Eşqin Tağıyev, 3. Orxan Qurbanlı, 21. Mirmehdi Rzayev, 32 – Elxan Məmmədov, 37; 75-pen. Ramazan Abbasov, 60.
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Ağdaş” – “Şəmkir” 0:1
Qol: Akif Tağıyev, 47.
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Ağdaş şəhər stadionu, 15:00.
“Göygöl” – “Lerik” 1:4
Qollar: Zahid Sadıxov, 73 – Ramiz Bağırov, 8. Rəvan Quluzadə, 43. Zaur Nuruzadə, 56; 82.
Hakimlər: Rəsul Babayev, Zakir Şükürzadə, Orxan İbişov, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Hypers Quba” – “Şəki Siti” 2:1
Qollar: Ağabəkir Həşimli, 20; 47 – Tural Məmmədzadə, 53.
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Samir Qaracayev, Nazim Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.