AZ

Əfv Komissiyasının növbəti iclası keçirilib, 100-ə yaxın müraciətə baxılıb

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün 4-cü iclası keçirilib və təxminən 100-ə yaxın müraciətə baxılıb.

Bu sözləri TurkicWorld-ə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.

O bildirib ki, iclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb.

"İclasda hər bir müraciət əsasında qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, bundan öncə komissiyanın üç iclası baş tutub və həmin iclaslarda 300-dən çox müraciətə baxılıb.

Seçilən
11
4
turkic.world

4Mənbələr