Bakı, 12 mart, AZƏRTAC
“Xll Bakı Qlobal Forumunda sülhə nail olmağın yolları, geosiyasi dəyişmələr, münaqişə sonrası yenidənqurma və regional sabitlik kimi mövzular müzakirə olunacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili Xll Bakı Qlobal Forumunun İdarə Heyətinin mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan strateji baxımdan önəmli məkanda yerləşir və çox mühüm rol oynayır.
“Azərbaycanın Avropaya kömək etmək üçün istifadə etdiyi nəhəng neft və qaz ehtiyatları ilə yanaşı, həmçinin böyük miqdarda bərpa olunan enerji mənbələri var. Azərbaycan dünya arenasında üzərinə cəsarətli öhdəlik götürərək COP29 tədbirinə ev sahibliyi etdi və burada mühüm müzakirələr keçirildi. Biz bu güclü platformada COP29-dan COP30-a qədər yolun necə göründüyünə dair sessiya keçirəcəyik. Beləliklə, iqlim dəyişikliyi kimi həqiqətən mühüm məsələlər və digər böyük qlobal problemlərlə məşğul olmağa davam edəcəyik”, - deyə Eka Tkeşelaşvili əlavə edib.