AZ

Millimiz “Lüksemburq”a məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.

B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan matçda qonaqlar böyük hesabla qalib gəlib.

İlk hissədə bir top vuran Lüksemburq fasilədən sonra daha 4 dəfə fərqlənib – 5:0. Bu qollardan ikisi rəqib azlıqda qaldıqdan sonraya təsadüf edib.

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçirilir. I turun digər matçında Bolqarıstan Maltaya 5 cavabsız qol vurub.

AVRO-2025-in II seçmə mərhələsi

B liqası, II qrup

12 mart, I tur

16:00. Azərbaycan – Lüksemburq – 0:5

Qollar: Hanna Ditrix, 7, Çarlie Jorje Maqalyaes, 53, Lisa Jüstine Daffik, 63, Karmen Kirps, 89, Amelie Feil, 90

Baş hakim: Eglantina Pyetruşay (Albaniya)

Futbol veteranları “Baku Sporting” - “İmişli” matçında - FOTO

“Sumqayıt”ın iki legioneri milliyə dəvət alıb

“Baku Sporting”dən təqdirəlayiq addım - FOTO

"Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"

Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlanıb

Seçilən
37
4
apasport.az

5Mənbələr