Yerli mənbələrdən əldə edilən məlumata görə, 2013-cü ildə devrilmiş Baas rejimini tərk edərək müxalifətə keçən keçmiş suriyalı diplomat Nurəddin İbrahim əl-Lebad doğulduğu Sanamayn şəhərində sui-qəsd nəticəsində öldürülüb.
Lebad naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib.
Baas rejimi dövründə Xarici İşlər Nazirliyində “Danışıqlar Naziri” olan Lebad Suriyanın Səna, Bağdad, Ankara, Paris və Tripolidəki səfirliyində, həmçinin Benqazidəki konsulluqda çalışıb.