AZ

Azərbaycanda kartofun qiymətində dəyişikliklə bağlı RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidəolunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun birkiloqramının qiyməti 1.50-2 manat arasında dəyişir. Bu isə ötənaylarla müqayisədə təqribən 25-50% artım deməkdir. Sözügedən məhsulüzrə daxildə istehsal, eləcə də, ixrac, anbarlarda məhsul həcmi vəmövsümi təsirlər kartofun qiymətində artıma necə təsir edir?

Digər malların, o cümlədən, kartofun qiyməti bazarprinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfatsubyektləri tərəfindən sərbəst müəyyən olunur...

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət AgentliyindənTrend-in sorğusunacavab olaraq bildirilib ki, digər malların, o cümlədən, kartofunqiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasındatəsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Vurğulanıb ki, “Sahibkarlıq fəaliyyəti haqqında” AzərbaycanRespublikası Qanununa əsasən, sahibkarlar AzərbaycanRespublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçünqiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci iltarixli 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövləttərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”təsdiq edilib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərinqiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, ocümlədən kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb vətəklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyənolunur.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” AzərbaycanRespublikası Qanununa əsasən, sahibkarlar AzərbaycanRespublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçünqiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılaramüxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçıonların arasından qiyməti və istehlak xassələri uyğun olan malı özehtiyacına görə sərbəst seçərək ala bilər".

Mövsümi faktorlar səbəbindən məcmu tələbin və yatəklifin artması və ya azalması istehlak bazarında qiymətlərə təsiredə bilir...

Dövlət Agentliyindən verilən məlumata əsasən, kənd təsərrüfatıməhsullarından olan kartofun qiymətinin dəyişməsinə bir sıraamillər, o cümlədən, mövsümi faktorlar təsir göstərə bilər:

"Bəzi mövsümlərdə müəyyən məhsulların istehsalı, idxalı mümkünolmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmikəskin dəyişir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradanqalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydəalınır.

Daxili bazarda qiymət dəyişiklikləri zamanı rəqabətqanunvericiliyinin tələblərinə riayət olunmasının araşdırılmasıməqsədilə istehlakçılar tərəfindən geniş istifadə edilən bir sıraərzaq məhsullarının dünya bazar qiymətləri, onların dinamikası vədəyişmə meylləri barədə Azərbaycan Respublikasının Prezidentiyanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyitərəfindən mütəmadi monitorinq və təhlillər aparılır".

Agentlik qiymət formalaşması zamanı rəqabətqanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirərkənpozuntu aşkar etdikdə qanunvericiliyə uyğun tədbirlərgörür...

Məlumatda həmçinin vurğulanıb ki, qiymət artımının rəqabətqanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənədvə məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinintələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə həmin məsələyəmahiyyəti üzrə baxıla bilər.

"İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyininpozulması halları ilə rastlaşdıqda Azərbaycan RespublikasınınPrezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinə rəsmi internet səhifəsi və elektron poçt ([email protected]) vasitəsilə müraciət edəbilərlər", - deyə dövlət xidmətindən qeyd olunub.

İqtisadçılar isə hesab edirlər ki, kartofun bahalaşmasına hər nəqədər mövsümi faktorlar təsir göstərsə də, həmçinin, yanacaq vəidxal xərclərindəki dəyişikliklər də müəyyən mənada təsirsizötüşmür.

İqtisadçı Xalid Kərimli Trend-ə açıqlamasındakartofun bahalaşmasına təsir edəcək bir sıra amillərin olduğunu vəötən ilin ikinci yarısından dizel yanacağının və benzininqiymətinin bahalaşmasının ümumilikdə kənd təsərrüfatı məhsullarındaartıma gətirib çıxardığını bildirib:

"Bu ilin yanvar ayından işıq, qaz qiymətlərində dəyişikliklər,eyni zamanda minimal əməkhaqqında artımlar sahibkarların xərclərinidaha da artırıb. Çünki indiki dövrdə bazara çıxarılan məhsullarınəsas mənbəyi saxlanclar, parniklərdir.

Həm yanacaq xərclərinin artması, eyni zamanda, işıq və qazqiymətlərində dəyişiklik və minimal əməkhaqlarının artması həmanbarlarda saxlanma qiymətlərinin, həm də daşınma, yükləməxərclərinin artmasına gətirib çıxarır. Nəticə etibarilə indikimərhələdə bazarlara çıxarılan məhsullar, eləcə də kartof daha bahabaşa gəlir".

"Bununla yanaşı, idxal olunan məhsulların da qiymətindəbahalaşma var. Ölkədaxili faktorlarla yanaşı, qonşu dövlətlərdəolan inflyasiyalar, qiymət artımları ölkəyə idxal məhsullarınınqiymətinə də təsirsiz ötüşmür.

Bundan başqa, mövsümi faktorlar da qiymətlərə müəyyən dərəcədətəsir edir. Çünki bu dövrlərdə daha çox yığımlardakı məhsullarbazara çıxarılır, ehtiyat tükənir. Amma tədricən havalar isindikcə,yeni məhsullar bazara çıxarıldıqca qiymətlər bir qədər aşağıdüşəcək", - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan 113 tonmiqdarında, 34 min ABŞ dolları dəyərində kartof ixrac edilib.Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, kartofixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 172ton və ya 2,5 dəfə, dəyər ifadəsi ilə 54 min ABŞ dolları, yaxud da2,6 dəfə azalıb. Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan285 ton miqdarında, 88 min ABŞ dolları dəyərində kartof ixracedilib.

Seçilən
14
8
az.trend.az

10Mənbələr