AZ

Azərbaycan yığması darmadağın oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Bolqarıstan yığması Malta seçməsi üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.

Seçilən
49
1
futbolpress.az

2Mənbələr