AZ

Van Dayk PSJ-nin prezidentiylə görüntüləndi

Çərşənbə axşamı Çempionlar Liqasından kənarda qalan “Liverpul” PSJ-yə penaltilər seriyasında uduzub.

Futbolpress.az xəbər verir ki, oyundan sonra sosial şəbəkələrdə “Enfild” tribunası ərazisində lentə alınan bir video görünüb. Videoda “Liverpul”un kapitanı Vircil van Daykın PSJ prezidenti Nasser Əl-Xelayfi ilə danışdığı müşahidə olunuh. Video çox uzaqdan çəkilib və dialoqun məzmununu eşitmək mümkün olmayıb.

“Goal” portalı “Liverpul” azarkeşlərinin bəzi şərhlərini toplayıb. Onlar Əl-Xelaifinin Van Daykla PSJ-yə transfer haqqında danışdığına inanaraq narahat olmağa başlayıblar. Niderlandlının hazırkı müqaviləsi iyuna kimidir.

Bundan əvvəl 33 yaşlı futbolçu gələcəyinin hələ müəyyən edilmədiyini bildirmişdi.

Seçilən
31
futbolpress.az

1Mənbələr