AZ

Spiker Çin nümayəndə heyəti ilə ölkələrarası münasibətləri müzakirə etdi

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrəXalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətininAvropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo iləgörüşüb.

Parlamentdən Trend-ə bildirilib ki, görüşdə Bakıda keçiriləcək XIIBakı Qlobal Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsiaparılaraq, qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəziqlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinəçevrilib.

Mərkəzin yarandığı gündən qlobal ictimaiyyəti narahat edənməsələlərin müzakirə olunduğu və bu gün üzləşdiyimiz aktualproblemlərin həlli yollarının axtarıldığı bir platforma olduğudiqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Çinlə əməkdaşlığın ölkəmizüçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu əlaqələrinstrateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onunsözlərinə görə, hazırda ölkələrimiz bir çox sahələrdə uğurlaəməkdaşlıq edir. Ölkələrimizin bir çox məsələlərdə qarşılıqlıdəstək nümayiş etdirdiyi məmnunluqla ifadə edilib.

Ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərinqurulmasında dövlət başçılarının, qarşılıqlı etimada əsaslananyüksək səviyyəli siyasi dialoqun xüsusi rolu qeyd olunub. Söhbətzamanı, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasındastrateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannaməninönəmi vurğulanıb.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında damünasibətlərə diqqət yönəldilərək, iki ölkənin parlamentləriarasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib. MilliMəclisin sədri parlament təmsilçiləri arasında da təmasların,qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsinə töhfəverdiyini söyləyib.

Vu Honqbo XII Bakı Qlobal Forumunda iştirak etməkdənməmnunluğunu bildirərək, tədbirin yüksək səviyyədə təşkilolunduğunu söyləyib. O, Azərbaycanın evsahibliyi ilə COP29-unuğurla təşkil olunduğunu bildirərək, Çinin də bu prosesə öztöhfəsini verdiyini qeyd edib.

Söhbət zamanı, hazırda dünyada dəyişən geosiyasi vəziyyət,mövcud çağırışlar fonunda baş verən bir sıra proseslərin ciddinarahatlıq doğurduğu qeyd edilərək, çoxtərəfli əməkdaşlığınəhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Seçilən
38
4
az.trend.az

5Mənbələr