AZ

“Qoca kişidir, qırmızı geyinib gəlib” – Efirdə QALMAQAL

Jurnalist və yazıçı Anar Vəziroğlu qalmaqal yaşadığı meyxanaçı Rüfət Nasosluya efirdə söz atıb.

Hadisə hər iki məşhurun ekspert qismində iştirak etdiyi “Səni axtarıram” verilişində yaşanıb.

Vəziroğlu müəyyən problemlərini həll etmək üçün sözügedən proqrama pənah gətirən Marina adlı qadının qırmızı libasına təriflər yağdırıb.

“Marina cavan qızdır və çox gözəl geyinib” deyərək Marinanın yanında əyləşib.

Bundan sonra isə Anar daha əvvəl aralarında mübahisə yaşandığı Rüfətin geyimini lağa qoyub.

“59 yaşı var, qoca kişidir, qıpqırmızı geyinib. Mən bax bundan utanıram. Onun gödəkçəsinə və ayaqqabısına baxın. Dəhşət də budur”, – deyə Vəziroğlu bildirib.

Meyxanaçının bu anda jurnalistə cavabı gecikməyib.

“Mən onun heç bir sözünü ciddiyə almıram”, – deyə Rüfət vurğulayıb.

https://newstube.az/embed/178794

(Olay.az)

Seçilən
14
4
millitv.net

9Mənbələr