Rusiya 30 günlük atəşkəsə razı olmasa, müharibə davam edəcək. Bunu ABŞ prezidenti Donald Tramp martın 11-də Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarından sonra Ağ Evdə keçirdiyi brifinqdə deyib.
Amerika prezidenti ümid edir ki, Moskva da Kiyev kimi atəşkəslə razılaşacaq, əks halda ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək.
“Rusiyanı buna məcbur edə bilsək, bu, əla olar. Əgər bacarmasaq, o zaman yola davam edəcəyik və çoxlu insan həlak olacaq”, – Tramp deyib. O, Rusiya prezidenti Vladimir Putinlə söhbətini də açıqlayıb.
Samir Qurbanov,Editor.az