Kilian Mbappe yeni klubunda debüt etdiyi ilk mövsümdə 29 qol vuraraq Fransız futbol tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, o, bu göstərici ilə Mişel Platininin 1982/83 mövsümündə “Yuventus”da vurduğu 28 qolluq rekordu geridə qoyub və bu sahədə yeni rekordçu olub.
Mbappenin bu performansı onun yeni komandasında nə qədər sürətli uyğunlaşdığını sübut edir. Gənc hücumçu mövsümün qalan hissəsində bu göstəricini daha da artıraraq adını futbol tarixinə qızıl hərflərlə yazdırmağa davam edə bilər.