AZ

Azərbaycan millisinin rəqibləri bəlli oldu - YENİLƏNİB

Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının bu gün püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.

Yarışın favoritlərindən sayılan, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə I səbətdə yer alıb.

II səbətdə Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana, III səbətdə İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina Tailand, BƏƏ, Çad, İspaniya və Sloveniya qərarlaşıb.

Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan və Argentina isə IV səbətdə yer alıb.

İlk səbətin püşkünü Qurban Qurbanov atıb. İkinci səbətin şarlarını Rəşad Sadıqov çəkib. 

Üçüncü səbətin püşkü üçün səhnəyə Seymur Məmmədov yaxınlaşıb.

Dördüncü səbətin püşkünü isə portuqaliyalı futbol ulduzu Luiş Nani çəkib.

A qrupu

AZƏRBAYCAN

Mavritaniya

Sloveniya

Bəhreyn

B qrupu

Rumıniya

Fransa

Çad

Özbəkistan

C qrupu

Macarıstan

Ukraniya

İngiltərə

Türkiyə

D qrupu

Slovakiya

Bolqarıstan

Portuqaliya

Hindistan

E qrupu

Meksika

Monteneqro

Tayland

Kosta Rika

F qrupu

Qazaxıstan

ABŞ

Bosniya və Herseqovina

Polşa

G qrupu

Çexiya

Gürcüstan

BƏƏ

Argentina

H qrupu

Serbiya

Qana

İspaniya

İsrail

Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.

"Baku Sportinq" "İmişli" ilə bacarmadı - YENİLƏNİB

"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırılıb

Azarkeşlər Binə qəsəbə stadionunu doldurublar - FOTO

Futbol veteranları “Baku Sporting” - “İmişli” matçında - FOTO

“Sumqayıt”ın iki legioneri milliyə dəvət alıb

Seçilən
3
3
apasport.az

10Mənbələr