AZ

Bakıda dünya çempionatının püşkatması keçirilib

Bu gün minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir “Ritz Carlton Baku” otelinin “Şuşa”zalında baş tutub.

Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupda yer alınıb. Ev sahibi Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.

A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan,
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa,
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina.
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

Qeyd edək ki, dünya çempionatı mayın 21-də Bakıda start götürəcək. Mundialın qalibinin adına iyunun 1-də aydınlıq gələcək.

İdman.biz

Seçilən
15
8
idman.biz

10Mənbələr