
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, silahlılar özləri 50 girovun öldürüldüyünü elan ediblər.
Agentliyin Pakistan rəsmilərinə istinadən verdiyi məlumata görə, hazırda 190 girov xilas edilib.
Xatırladaq ki, çərşənbə axşamı “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları Kvettadan Pişəvərə gedən qatarda təxminən 450 sərnişini girov götürüblər. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.