AZ

Ukrayna ilə danışıqlardan sonra Birləşmiş Ştatlar Rusiyaya çağırış etdi

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmaq məsələsini nəzərdən keçirməyə çağırır və bu təklifə cavab gözləyir.

Onun sözlərinə görə, ABŞ bu gün, martın 12-də Rusiya tərəfi ilə əlaqə saxlayacaq. Vaşinqtonla danışıqlardan sonra Kiyev 30 günlük atəşkəsə razılaşıb.

“Əgər onlar (Rusiya hakimiyyəti) “yox” desələr, o zaman biz hər şeyi diqqətlə öyrənməli və dünyada mövqeyimizin nə olduğunu və onların əsl niyyətlərinin nə olduğunu öyrənməli olacağıq. “Düşünürəm ki, əgər onlar “yox” desələr, bu, bizə onların məqsədləri və düşüncə tərzi haqqında çox şey söyləyəcək”, – Marko Rubio mətbuat konfransında deyib. O, danışıqları Rusiya-Ukrayna münaqişəsinin həllinin yeganə yolu adlandırıb. Rubionun sözlərinə görə, digər məsələlərlə yanaşı, Kiyevlə ərazi güzəştləri də müzakirə olunub. Onun sözlərinə görə, yenidən hərbi əməliyyatların baş verməsi riskini aradan qaldırmaq üçün “çəkindirici amil” lazım olacaq.
Xatırladaq ki martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra Ukrayna ABŞ-ın uzadılma ehtimalı ilə 30 günlük atəşkəs təklifini qəbul edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr