AZ

Sağlamlıq ucuz başa gəlmir - 2 ayda 230 milyonluq xərc

Azərbaycan əhalisinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara son 2 ayda çəkdiyi xərc bəlli olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan əhalisi əczaçılıq məhsulları və tibbi ləvazimatlara 230 milyon manat xərc çəkib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeyd olunan hesabatda 11,5% artımın olduğunu deməyə əsas verir.

Qeyd edək ki, məhsul qrupları üzrə ticarət dövriyyəsinin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Sərvanə Rəmixanova

Seçilən
9
valyuta.az

1Mənbələr