AZ

"Mingəçevir" afrikalı futbolçunu transfer etdi - RƏSMİ

"Mingəçevir" heyətini yeni transferlə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan Donald Ange ilə mövsümün sonuna qədər müqavilə bağlanıb. 20 yaşlı hücumçunun son klubu Moldova 1 Liqasında çıxış edən “Saksan” olub.

Qeyd edək ki, Donald Ange Moldova təmsilçisinin heyətində 14 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib.

Seçilən
8
1
football-plus.az

2Mənbələr