AZ

Anxel Korrea 5 oyunluq intizam cəzası aldı

Madrid “Atletiko”sunun 30 yaşlı argentinalı sağ cinah hücumçusu Anxel Korrea 5 oyunluq intizam cəzası alıb.

Arena.az bu barədə COPE dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Korrea “döşəkçilər”in İspaniya La Liqasının “Xetafe” ilə 27-ci tur səfər oyununun (1:2) 87-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Meydanı tərk edərkən argentinalı “lotu” üzünü hakiməm tutaraq, əvvəlcə ədalət təmsilçisinin özünü yağlı söyüşlərlə söyüb. Ardınca isə Korrea hakimin anasının ünvanına ağlına gələn nalayiq ifadələri üyüdüb-tökərək, məsum qadını “bəzəyib”. Korreanın adı “Anxel”ə (mələk) yaraşmayan bu əxlaqsızlığı, oyunun nümayəndəsi tərəfindən protokola daxil edilərək, nizam-intizam şurasının baxışına çıxarııb. Nəticədə “anasevən” futbolçu ciddi “qulaqburması” alıb və La Liqanın 5 oyununu tribunalardan izləməli olacaq.

Anxel Korrea “döşəkçilər”in düşərgəsinə 2015-ci ilin yanvar ayında 10,50 milyon avro məbləğ müqabilində “San-Lorenso”dan (Almaqro) tamhüquqlu əsasda keçib.

Aregentinalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Korrea cari mövsümdə “Atletiko” üçün 38 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Anxelin “döşəkçilər” üçün çıxışının ümumi mənzərəsi 459 oyun, 87 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı sağ cinah hücumçusunun trasnfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
31
arena.az

1Mənbələr