1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi təşkil olunub.
Oxu.Az xəbər verir ki, tədbirdə dünya ulduzu Luiş Nani də iştirak edib.
Portuqaliyalı jurnalistlərin suallarını cavablandırıb. O, ölkəmiz barədə fikirlərini bildirib:
"Ölkənizdə olmaqdan məmnunam. Azərbaycanı çox bəyəndim. Bakıda gəzmək üçün çox da imkanım yox idi. Daha əvvəl bura "Sportinq"in (Lissabon) heyətində "Qarabağ"la oyuna gəlmişdim. Bugünkü tədbirə qatıldığım üçün xoşbəxtlik hissi keçirirəm. Bakını bir qədər də kəşf etmək imkanım oldu. Ümumilikdə fikirlərim çox pozitivdir".
Anar Həsənov