AZ

Daha üç şirkət ləğv olunur- Kreditorların nəzərinə

"İnteqral LTD", "Gurses Hearing" və "Aztekstil Sənaye" MMC-lər fəaliyyətini dayandırır.

Valyuta.az xəbər verir ki, "İnteqral LTD" ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Göyçay rayonu, Ləkçıplaq kəndi ünvanına bildirə bilərlər. Şirkət 2018-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Quliyev Raqib İsmayıl oğludur. 

"Gurses Hearing"in kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, ev 44, mənzil 44 ünvanına bildirə bilərlər. Şirkət 2024-cü ilin mart ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əliyev Rəşad Məhərrəm oğludur. Nizamnamə kapitalı 20 manatdır.

"Aztekstil" Sənaye ilə bağlı isə kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Neapol küçəsi, ev 3, mənzil 61 ünvanına bildirə bilərlər.

Babayev Rövşən Fuad oğluna məxsus şirkət 2018-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat təşkil edir.

Maya Hüseynova

Seçilən
19
1
valyuta.az

2Mənbələr