Hazırda Rusiyaya gedən adamlarımız var.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, Donald Tramp ABŞ nümayəndələrinin hazırda Rusiyada olduğunu və atəşkəslə bağlı bir sıra müsbət siqnallar aldığını bildirib. O, atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib və əlavə edib ki, indi hər şey Rusiyanın hərəkətlərindən asılıdır.
Tramp həmçinin qeyd edib ki, müasir silahlar böyük gücə malikdir və ABŞ bu münaqişəni sona çatdırmaq üçün fəal işləyir.