AZ

Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığıngenişləndirilməsi üçün geniş imkanlar var.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatikmünasibətlər 1995-ci ilin iyun ayında qurulub. Bu müddət ərzindəölkələr arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf edib vəqarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühiti formalaşıb. ŞimaliMakedoniya Respublikası Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini dəstəkləyir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonraŞimali Makedoniya Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edənAvropa ölkələrindən biri olub. Hər iki dövlət beynəlxalqtəşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərir. Azərbaycanvə Şimali Makedoniya Birləşmiş Millətlər Təşkilatı (BMT) və ATƏTkimi təşkilatlarda səmərəli əməkdaşlıq edirlər", - o bildirib.

Onun sözlərinə görə, son illər ikitərəfli siyasi dialoq yenimərhələyə qədəm qoyub.

"Rəsmi səfərlər və siyasi məsləhətləşmələr bu istiqamətdəfəaliyyətin aktivləşdiyini göstərir. Şimali MakedoniyaRespublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın yaxıngünlərdə başlayan və davam edən Azərbaycana rəsmi səfəri də bununbir sübutudur. Prezident İlham Əliyevin Qordana Silyanovska-Davkovailə mətbuata bəyanatla çıxışı zamanı vurğuladığı kimi, Azərbaycanvə Şimali Makedoniya ikitərəfli münasibətlərimizin inkişafı üçünfəal iş aparır:

"Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakteralır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzindəbunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavətədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıxtəmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayəqoyuluşu sahəsində imkanlar araşdırılmalıdır". QordanaSilyanovska-Davkova da, öz növbəsində, qarşıdakı illərdə ölkələrindaha güclü əməkdaşlığa nail ola biləcəyinə ümid etdiyini qeyd etdi.Bunlar da onu sübut edir ki, hər iki ölkənin rəhbərliyiəməkdaşlığın genişləndirilməsində son dərəcə maraqlıdır və bununüçün geniş imkanlar var", - o bildirib.

Politoloq qeyd edib ki, iqtisadi sahədə əlaqələrin inkişafı üçündə kəşf edilməli olan potensial mövcuddur.

"Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələr hələtam potensialına çatmayıb, amma inkişaf üçün mühüm imkanlarmövcuddur. İki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır.Azərbaycan şirkətləri üçün Şimali Makedoniya bazarında maraqlıistiqamətlər, investisiya imkanları mövcuddur, Şimali Makedoniyabiznesi üçün də Azərbaycanda eyni imkanlar var. Ötn ilin sonundaiki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb və AzərbaycanŞimali Makedoniyaya qaz tədarükünü həyata keçirib. Dövlətimizinbaşçısının da qeyd etdiyi kimi, bu il artıq müntəzəm olaraqAzərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək.Hətta gələcəkdə qaz tədarükünün həcminin artırılması dagündəmdədir", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Azərbaycan Avropanın enerjitəhlükəsizliyində strateji rol oynayır:

"Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəməri vasitəsiləAzərbaycan təbii qazı Avropaya nəql edilir, enerji mənbələrinin vəmarşrutlarının şaxələndirilməsinə töhfə verir. Azərbaycanın qazixracı İtaliya, Yunanıstan, Bolqarıstan və digər ölkələrin enerjitəchizatını sabitləşdirir. Bundan sonra Azərbaycan qazının daxilolduğu ölkələr sırasında artıq Şimali Makedoniyanın da adı var.Azərbaycanın Avropada enerji təhlükəsizliyinin təmin edilməsinətöhfəsi, təbii ki, digər ölkələrin də bu istiqamətdə Azərbaycanlaəməkdaşlıq etməsinə təkan verir. Prezident İlham Əliyevin dəvurğuladığı kimi, Avropa Azərbaycan qazına ehtiyac duyur", -politoloq bildirib.

A.Qarayev bildirib ki, Azərbaycanın iştirakı ilə regiondareallaşdırılan nəqliyyat layihələri, o cümlədən, Orta Dəhliz,Bakı-Tbilisi Qars dəmiryolu Şimali Makedoniya üçün də yeni imkanlaryaradır.

"Şimali Makedoniya Avropa ilə Asiya arasında yerləşən nəqliyyatqovşaqlarına inteqrasiya olmaqda maraqlıdır. Bakı isə bu baxımdanstrateji tərəfdaş kimi çıxış edə bilər. Azərbaycanın Şərq-Qərb vəŞimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, ŞimaliMakedoniya üçün Cənubi Qafqaz regionu və Orta Asiyaya çıxışıasanlaşdırır. Bu, iki ölkənin logistik əlaqələrinin möhkəmlənməsinəvə ticarət həcminin artmasına imkan verəcək", - o bildirib.

Politoloq qeyd edib ki, energetika sahəsində əməkdaşlığındərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaimkanlarının araşdırılması, təhsil və mədəniyyət sahəsindəəməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edəcək.

"Azərbaycan və Şimali Makedoniya Respublikası arasında mövcudolan münasibətlər dostluq və strateji əməkdaşlıq mühitində inkişafedir. Avropanın enerji təhlükəsizliyi və regionda sabitliyin təminolunması kontekstində Bakı-Skopye xətti xüsusi əhəmiyyət kəsb edir.Enerji, ticarət, nəqliyyat və digər sahələrdə həyata keçiriləcəklayihələr iki ölkənin qarşılıqlı maraqlarını təmin etməklə yanaşı,bütövlükdə regionda davamlı inkişafa töhfə verəcək", - obildirib.

Seçilən
28
1
az.trend.az

2Mənbələr