AZ

Komandayla məşqlərə qoşuldu

“Mançester Yunayted”in ingiltərəli yarımmüdafiəçisi Meyson Maunt yenidən meydana çıxıb.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu zədəsini uğurla sağaltdıqdan sonra ümumi komandayla məşq edir.

Xatırladaq ki, Meyson 2024-cü ildə zədələnib. Bu hadisə dekabrın 15-də “qırmızı şeytanlar”ın “Mançester Siti” ilə derbi matçında baş verib. Yarımmüdafiəçi o vaxtdan bəri oynamayıb.

“Çelsi”nin yetirməsi bu mövsüm bütün yarışlar daxil cəmi 12 matçda meydana çıxıa bilib.

Seçilən
46
futbolpress.az

1Mənbələr