AZ

"Neftçi"ni məyus edən adam bütün mübahisələrə nöqtə qoydu

"Neftçi" 25-ci turu xalsız başa vurdu. "Kəpəz"in qonağı olan bakılılar meydandan məğlub ayrılmalı oldu - 0:1.

Qarşılaşmada vurulan yeganə qol mübahisələrə səbəb oldu.

Ki, Şevroni Mabatşoevin fərqləndiyi epizodda topdan öncə Rza Cəfərova təmas etdiyi geniş müzakirəyə yol açdı.

Bəs həqiqət necədir?

Buna hadisənin iştirakçısı olan tacikistanlı forvard özü Sportinfo.az-a açıqlamasında aydınlıq gətirib:

"Hansısa qayda pozuntusundan danışmaq olmaz. Çünki mən rəqib qapıçıya ümumiyyətlə dəyməmişdim. Sadəcə o öz mövqeyini itirmişdi. Mən isə yalnız topa oynayırdım. Qapıçıya hücum etməmişdim. Ona görə də VAR-a baxılanda belə 100% əmin idim ki, qol hesaba alınacaq".

XANOĞLAN

Seçilən
22
sportinfo.az

1Mənbələr