AZ

Roqov: Rusiya hərbçiləri Krivoy Roqda ukraynalı muzdluların olduğu oteli vurublar

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki “Drujba” otelinə raket zərbəsi endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə RF İctimai Palatasının Suverenlik Məsələləri Komissiyasının sədri Vladimir Roqov məlumat verib.

Onun sözlərinə görə, binada “Kursk vilayətinə köçürülməyə hazırlanan” fransalı muzdlular və Ukrayna Silahlı Qüvvələrinin zabitləri yerləşirdi. O, muzdlular arasında itkilərin sayını dəqiqləşdirməyib.

Seçilən
27
nocomment.az

1Mənbələr