
ABŞ Prezidenti Donald Tramp deyib ki, onun nümayəndələri hazırda Rusiyaya gedirlər.
Yeniavaz.com xəbər verir ki, Trampın sözlərinə görə, indi hər şey Rusiyadan asılıdır.
Prezident qeyd edib ki, ABŞ atəşkəslə bağlı bəzi müsbət siqnallar alıb.
Tramp həmçinin danışıqların nəticəsiz qalacağı təqdirdə Rusiyaya dağıdıcı sanksiyalar barədə xəbərdarlıq edib:
“Elə şeylər var ki, onları etmək olar, lakin onlar maddi cəhətdən xoş olmayacaq. Mən maliyyə tədbirləri görə bilərəm. Bu, Rusiya üçün çox pis olardı. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm”.