AZ

Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

Paris, 12 mart, AZƏRTAC

Fransanın Redanj komunasının meri sərhəd komunalarda fransız şagirdlərin kütləvi şəkildə Lüksemburq məktəblərinə getdiyini bildirib. Mer Lüksemburq təhsil sisteminə aludə olan fransız valideynlərin övladlarının qeydiyyatdan keçmək qaydalarını pozduğunu vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Redanj komunasının meri ibtidai məktəbdə müəllim vəzifəsi ilə bağlı həyəcan təbili çalıb. Bildirib ki, bu fenomen Mozel komunasında, eləcə də bütün sərhəd komunalarında müşahidə olunur.

Valideynlər bu qərarlarını Lüksemburqda təhsilin, xüsusilə də xarici dil öyrənmənin daha effektiv olması ilə əsaslandırırlar. Onların fikrincə, Lüksemburqda məktəbdən kənar fəaliyyətlər təklif olunur.

“Bir sözlə, valideynlər hesab edirlər ki, Fransa məktəb sistemi kifayət qədər yaxşı fəaliyyət göstərmir”, - deyə mer bildirib.

Mer həmçinin əlavə edib ki, Lüksemburqda uşaqlar “beynəlxalq” adlanan məktəblərdə təhsil alırlar ki, bu da müəyyən prestijdir: “Növbəti təhsil ili üçün fransız məktəbində müəllim vəzifəsi təhlükə altındadır, çünki siniflərdə şagirdlərin sayı kifayət qədər deyil”.

Eyni vəziyyətin Almaniya ilə sərhəddə olan komunalarda da müşahidə edildiyi bildirilir.

Seçilən
6
azertag.az

1Mənbələr