AZ

Ağdamın Sarıcalı kəndində uzun illər sonra ilk dəfə dəfn mərasimi olub

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində ilk dəfə dəfn mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasim rayonun Sarıcalı kəndində gerçəkləşib. 

Belə ki, dünyasın dəyişmiş kənd sakini, 1936-ci il təvəllüdlü Cəfərov Arif İsrafil oğlu Sarıcalı kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, rayonun Sarıcalı kəndi yenidən tikilən kəndlərindən biridir və yaxın günlərdə oraya köç nəzərdə tutulur.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Seçilən
12
bizim.media

1Mənbələr