Bakı.Trend:
Sabah Ramazan ayının 13-cü günüdür.
Trend xəbər verir ki, QafqazMüsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın13-də imsak saat 05:30-da, iftar isə saat 19:00-dadır.
13-cü günün duası:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirnifihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa vəsuhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.
Tərcüməsi:
“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindəntəmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə mənisəbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinəmüvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözününişığı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykətəvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirətiiğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftaraçdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adıilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul etsin!