AZ

Fransızların və almanların etdikləri utanc vericidir -

Ukraynanın NATO-ya daxil olması onun konstitusiyasına və 1991-ci ildə verdiyi müstəqillik bəyannaməsinə ziddir. Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Avropanın Ukrayna böhranına yanaşmasını dəyərləndirən Lavrov, Almaniya və Fransanın böhranın həlli ilə bağlı Minsk razılaşmalarını pozduğuna diqqət çəkib. O bildirib ki, Minsk razılaşmaları yerinə yetirilsəydi, Ukrayna 1991-ci il sərhədləri daxilində qalacaqdı. Lavrov Fransızların və almanların etdiklərinin utanc verici olduğunu ifadə edib. Lavrov, "Minsk razılaşmaları həyata keçirilsəydi, Ukrayna Krım istisna olmaqla, 1991-ci il sərhədləri daxilində qalacaqdı. Çünki Minskdəki danışıqlarda heç vaxt Krımın adı çəkilmədi. Hər dəfə yalan danışanda uduzurlar. Bu proses davam edir" - deyə bildirib.

Avropa İttifaqının iqtisadi xarakterini itirdiyini deyən Lavrov, Aİ Komissiyasının sədri Ursula fon der Leyeni Adolf Hitlerə bənzədib və onu “Fürer Ursula” adlandırıb. Avropa ölkələrinin Ukraynaya sülhməramlılar yerləşdirməsi ideyasına reaksiya verən Lavrov, Rusiyanın bununla razılaşmayacağını ifadə edib.

Seçilən
14
25
metbuat.az

10Mənbələr