AZ

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi faydalı layihələrinə davam edir! » AzadMedia.az



“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “Əylən, Öyrən, İnkişaf et!” şüarı altında bir-birindən faydalı və maraqlı layihələr keçirməyə davam edir.
Dövrümüzün ən populyar və hər kəs tərəfindən maraq görən mövzularından olan “Müsahibə sənəti”, “Effektiv manipulyasiya”, “Komandanın idarə olunması” təlimləri və “Təcrübə Proqramı 7” çərçivəsində keçirilən təlimlər iştirakçılarda böyük maraq oyatdı.
Ümumilikdə layihələrdə 1000+ gənc əhatə olunub. Bununla yanaşı Gənclər Həftəsi çərçivəsində “Atıcılıq Mərkəzinə Ekskursiya”, “Buz meydançasına səyahət”, “Eldar Mikayılzadə ilə görüş”, “Nəbabət bağına ekskursiya” kimi layihələr baş tutub.
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Seçilən
6
2
azadmedia.az

3Mənbələr